CƏMİYYƏT


Oktyabrın 11-i Beynəlxalq Qızlar günüdür

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC 

Oktyabrın 11-i Beynəlxalq Qızlar Günüdür.

AZƏRTAC xəbər verir ki, BMT Baş Məclisi bu tarixi dünya ictimaiyyətinin diqqətini qızların hüquqlarına və onların qarşılarına çıxan özünəməxsus problemlərə cəlb etmək məqsədilə təsis edib. İlk dəfə 2012-ci ildə qeyd edilən Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nikahlarına həsr olunub.

Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha daxil olub. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edirlər. Bu cür qızların imkanları son dərəcə məhdudlaşdırılır, lakin zorakılığa məruz qalmaq və yoldan çıxarılma halları bir neçə dəfə yüksəkdir.

Azərbaycanda qadın hüquqları qanunvericilikdə təsbit edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə vaxtaşırı monitorinqlər apararaq uşaqların məktəbdən yayındırılması faktlarını üzə çıxarır və bu cür halların qarşısını alır. Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburi erkən nikahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nikahın qarşısı alınıb. Hər fakt üzrə müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.