İQTİSADİYYAT


Oktyabrın 14-də Novxanı və Mehdiabad qəsəbələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC 

Oktyabrın 14-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Novxanı” və “Mehdiabad”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yevlax-1”, Astara Magistral qaz kəmərləri sahəsinin “Yardımlı” və “Əngəvül” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonunun və Yevlax şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.