İQTİSADİYYAT


Oktyabrın 17-dən "Bank Standard"dakı qorunan iri məbləğdə əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılacaq

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Lisenziyası ləğv edilmiş "Bank Standard" Kommersiya Bankında (KB) qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir. Artıq 2000-dən çox əmanətçiyə ödəniş edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Bank Standard" KB-nin əmanətçilərinin sayının çox olmasını və sosial ardıcıllığı nəzərə alaraq, əmanətçilərin rahatlığının təmin olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk mərhələdə 20 min ABŞ dolları məbləğinədək qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilirdi. Oktyabrın 13-dən artıq 50 min ABŞ dolları məbləğində olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılıb.

Oktyabrın 17-dən etibarən isə məbləğindən asılı olmayaraq bütün qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək.

Qorunan əmanətlər öz valyutasında ödənilir. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda, yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar "Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən gün (4 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatla ödənilir.

Kompensasiyaların ödənişi "Bank Standard" KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.