REGİONLAR


Oktyabrın 24-dək ölkə üzrə 41 min 867 ton pambıq tədarük olunub

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-dək ölkə üzrə pambıq tədarükü 41 min 867 ton təşkil edib. Bu isə 2015-ci il oktyabrın 26-dək olan göstərici ilə müqayisədə 1,6 dəfə çoxdur (26 min 255 ton).

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu öndə gedir. Rayonun fermerləri tarlalardan 6354 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 4289,8 ton, Sabirabadda 4058 ton, Ağcabədidə 3856,4 ton, Bərdədə isə 3349,6 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.