İQTİSADİYYAT


Oktyabrın 7-də Bakının və respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu”, “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-2” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Xətai rayonunun və Göyçay şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.