İQTİSADİYYAT
Oktyabrın 7-də Bakının və respublikanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba” və “Xaçmaz”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Hacıqabul rayonunun Muğan və Udulu, eyni zamanda Daşkəsən rayonunun Xoşbulaq kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Bakının Yasamal və Səbail rayonlarının, eləcə də Quba və Xaçmaz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]