İQTİSADİYYAT
Oktyabrın sonunadək "Nikoyl" bankın nizamnamə kapitalı 184 milyon 500 min manata çatacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və "Nikoyl" İnvestisiya-Kommersiya Bankının əsas səhmdarı "Topaz Investment" arasında "Nikoyl" bankın nizamnamə kapitalının 60 milyon manat daxil olmaqla 150 milyon manatadək artırılması haqqında ikitərəfli protokol imzalanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, cari il oktyabr ayının sonunadək "Nikoyl" bankın nizamnamə kapitalı 184 milyon 500 min manat təşkil edəcək. Bankın səhmdarları və hüquqi-tənzimləyici orqanlar tərəfindən atılan bu addım Azərbaycanın bank bazarına müsbət təsir edəcək və "Nikoyl" bankın daha da inamlı inkişafı üçün geniş imkan yaradacaq.