SİYASƏT


Oleq Kuznetsov: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq əsasında inkişaf edir

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər 25 ildir strateji tərəfdaşlıq əsasında inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri rusiyalı politoloq Oleq Kuznetsov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Oleq Kuznetsov ölkələrimiz arasındakı münasibətlərin tarixindən bəhs edib.

Rusiyalı politoloq Aleksandr Lapşinin ekstradisiyasına da münasibət bildirib. O deyib ki, Aleksandr Lapşinin ekstradisiyası ermənilərin Dağlıq Qarabağın suveren ölkə olması haqqında uydurduğu mifi puç etdi. Bu ekstradisiya beynəlxalq hüququn təntənəsidir. Ekstradisiya Dağlıq Qarabağa səfərlərin ermənilərin Avropada təqdim etdiyi kimi, turizm zonasına səyahət yox, cəzası olan cinayət olduğunu göstərdi. İşğal edilmiş ərazilərə turist kimi səfər edən şəxslərə aydın olacaq ki, onlar cinayətkarlardır və bu da Ermənistana çox ciddi mənəvi-psixoloji zərbədir. Bundan isə belə nəticə çıxır. Bir halda ki, Azərbaycan qanunlarının pozulmasına görə hüquqi məsuliyyət yaranacaq, o zaman qanunları pozmaq istəyənlərin sayı kəskin azalacaq. Bununla da Ermənistanın siyasi arenadakı nüfuzuna daha bir zərbə dəydi. Bu, bir çoxlarını fikrini dəyişməyə məcbur edəcək - istər Dağlıq Qarabağa əvvəllər səfər edənləri, istərsə də ora getmək fikrində olanları.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.