SİYASƏT


Oleq Kuznetsov: Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC 

Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir. Forumda müzakirə edilən mövzular dövrümüzün aktual problemlərini əhatə edir.

Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tarixçi alim və siyasi analitik Oleq Kuznetsov AZƏRTAC-a müsahibəsində deyib.

Aktual məsələlərin müzakirəsi baxımından Forumu yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin onun bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, diqqəti çəkən maraqlı məqamlardan biri müzakirələrlə yanaşı, müvafiq problemlərin həlli ilə bağlı çıxış yollarının da göstərilməsidir. Bakı Beynəlxalq Forumu yeganə tədbirdir ki, burada alimlər, siyasətçilər və mədəniyyət işçilərinin nümayəndələri bir araya toplaşırlar. Forumda müzakirəsinə ehtiyac duyulan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır, qərarlar qəbul olunur.

Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini qeyd edən qonaq belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakını ölkəmizin regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.