MƏDƏNİYYƏT


Oleq Qazmanov: Azərbaycan xalqı dünya musiqi mədəniyyətinə görkəmli simalar bəxş edib

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan xalqı dünya musiqi mədəniyyətinə görkəmli simalar bəxş edib. Onlardan biri bənzərsiz səsi və ifası ilə dünyada məşhur olan Müslüm Maqomayevdir. Ölkənizin digər tanınmış musiqiçiləri, cazmenləri var.

“Jara” festivalının iştirakçısı, Rusiyanın Xalq Artisti Oleq Qazmanov AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan musiqisi ilə bağlı fikirlərini belə ifadə edib.

Bakıya ailəsi ilə birgə gəldiyini söyləyən Oleq Qazmanov şəhərimizdə baş verən inkişafın onda xoş təəssürat oyatdığını vurğulayıb. “Bu inkişafı görmək olduqca xoşdur. Heydər Əliyev Beynəlxalq Aeroportuna qədəm qoyduğumuz andan isti və səmimi münasibətlə qarşılaşdıq. Əgər Bakı bizi sevirsə, biz niyə bu şəhəri, bu mehriban insanları sevməyək? Buradakı hər bir konsertim yaddaşımda unudulmaz anları ilə qalıb. Azərbaycan xalqı musiqini sevir və qiymətləndirir”, - deyə müğənni qeyd edib.

“Jara” musiqi festivalının artıq hamının ürəyincə olan ənənəyə çevrildiyini bildirən Rusiyanın Xalq Artisti əlavə edib ki, Xəzər sahilləri istirahət üçün çox gözəl məkandır və tamaşaçılar konsertlərdən böyük zövq alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.