İDMAN


Olimpiadada Zika virusundan necə qorunmaq olar?

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Olimpiya Oyunlarına görə Braziliyaya getmək istəyənlər hətta qızılca kimi xəstəliklərə qarşı bütün zəruri peyvəndləri etdirməlidirlər.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu, Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyəsidir.

Zika virusuna gəlincə, bu virus ana bətnindəki körpə üçün xüsusilə təhlükəlidir. Buna görə də hamilə qadınların səfərlərdən çəkinməsi məsləhət görülür.

Bəs Rio-de-Janeyroya getmək istəyənlər yoluxmadan necə qoruna bilərlər? Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Nika Aleksander deyib: “Braziliyaya gedənlər özlərini ağcaqanadın sancmasından qorumalıdırlar. Hazırda Braziliyada qış fəslidir, hava şəraiti Kanadadakı kimi sərt olmasa da, ağcaqanadlar üçün yetərincə soyuqdur. Bununla belə, biz ağcaqanad əleyhinə vasitələrdən istifadə etməyi, bədənin açıq sahələrini maksimum örtmək üçün uzun paltar geyinməyi tövsiyə edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.