ELM VƏ TƏHSİL


“Olimpiya Hərəkatı-2017”nin Bakı üzrə finalçıları məlumdur

Bakı, 20 aprel, AZƏRTAC

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin Bakı üzrə rayondaxili mərhələsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, cari ilin martında başlanan rayondaxili mərhələdə paytaxtın 294 məktəbi iştirak edib. Görüşlər beş idman növü – voleybol, basketbol, badminton, velosiped və atletika üzrə keçirilib. Oyunlar idman növləri üzrə təsdiqlənmiş hakimlər heyəti tərəfindən idarə olunub. Ümumilikdə, Bakı üzrə 12 rayondan beş idman növü üzrə birinci yeri tutan 60 məktəbin komandaları finalda mübarizə aparmaq hüququ qazanıb.

Qaliblər təşkilat komitəsinin təsis etdiyi kubok və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaqdır. Həmçinin idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.