İDMAN


Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC 

Olimpiya Oyunlarının proqramına yeni idman növü daxil edilə bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, İdman Balıqtutma Beynəlxalq Konfederasiyası (CİPS) bu idman növünün “Tokio-2020”nin proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.

CİPS rəhbərliyi hesab edir ki, balıq tutmağın bütün dünyada populyar olması Olimpiya hərəkatının daha da universallaşdırılmasına xidmət göstərəcək. Konfederasiya heyvanlara ziyan vurmamaq üçün yarış zamanı tutulan balıqların yenidən suya atılmasını da təklif edib.

Lakin belə mübarizədə bəxt amilinin rolunu önə çəkən tənqidçilər balıq ovunun Olimpiadalara qayıdışının əleyhinədir. Üstəlik, yarışın baxımlı olmamağı da qeyd edilir.

1900-cü ildə keçirilən Olimpiya Oyunlarının proqramında qeyri-rəsmi olan balıq tutmaq yarışı da yer alıb. Altı ölkə təmsilçilərinin mübarizəsindəki qaliblərin adları isə tarixdə qalmayıb.

Qeyd edək ki, 5 yeni idman növünün – karate, beysbol, skeytbordinq, qayayadırmanma və serfinqin Tokio-2020-nin proqramına daxil ediləcəyi artıq rəsmiləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.