CƏMİYYƏT


Olimpiya çempionu Namiq Abdullayevin gənclərlə görüşü keçirilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın məşhur güləşçisi, Olimpiya çempionu Namiq Abdullayevin gənclərlə görüşü keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) AZƏRTAC-a bildiriblər ki, qurumun korporativ əlaqələr departamentinin direktoru Hüseyn Babayev tədbirdə çıxış edərək N.Abdullayevin uğurlu karyerası, nailiyyətləri barədə gənclərə məlumat verib.

Olimpiya çempionu gənclərlə söhbətində idmana gəlişi, qarşılaşmaları, uğurlarından danışıb. O, mötəbər yarışlarda qazanılan qələbələr sayəsində üçrəngli bayrağımızın ucaldılmasının, dövlət himnimizin səsləndirilməsinin hər bir idmançı üçün unudulmaz hisslər olduğunu vurğulayıb.

Sonra gənclərin sualları cavablandırılıb.

Namiq Abdullayev 1996-cı il Atlanta Olimpiadasında gümüş, 2000-ci il Sidney Olimpiadasında qızıl medal qazanıb. O, dünya çempionatlarında üç dəfə gümüş, bir dəfə isə bürünc medala sahib olub. Üçqat Avropa çempionu olan tanınmış idmançı qitə birinciliklərində iki dəfə gümüş, bir dəfə isə bürünc medal qazanıb.

Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə N.Abdullayev 1995-ci ildə “Tərəqqi” medalı, 2000-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə isə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.