İDMAN
Olimpiya çempionu V.Lomaçenko puerto-rikalı boksçu ilə qarşılaşacaq
Kiyev, 26 fevral, AZƏRTAC
Boks üzrə yarımyüngül çəkidə dünya çempionu (WBO) ukraynalı Vasili Lomaçenko Cənubi afrikalı Simpive Veteka ilə deyil, bir o qədər də məşhur olmayan puerto-rikalı Qamalier Rodriges (25-2-3, 17 KO) olacaq. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu ukraynalı boksçunun meneceri Eqis Klimas bildirib.
Eqis Klimas V.Lomaçenkonun rəqibi ilə bağlı vəziyyəti belə izah edib: “Çox güman, məhz belə olacaq. Bütün məsələlər demək olar həll olunub”.
Xatırladaq ki, ikiqat Olimpiya çempionu V.Lomaçenko mayın 2-də Las-Veqasda “MGM Grand” arenasında döyüşəcək. Həmin gecə həmçinin müasir dövrün ən güclü iki boksçusu Floyd Meyvezer və Menni Pakyao mübarizə aparacaqlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev