İDMAN


Olimpiya çempionumuz Radik İsayev beynəlxalq reytinq siyahısında ilk pillədə qərarlaşıb

Bakı, 6 dekabr, AZƏRTAC

Dünya Taekvando Federasiyasının yeni reytinq siyahıları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Olimpiya və dünya reytinq cədvəlinin ilk onluğunda Azərbaycan təmsilçisi də yer alıb.

Azərbaycanın millisinin üzvü, Olimpiya və dünya çempionumuz Radik İsayev (80 kq-dan yuxarı) Olimpiya reytinq siyahısında bütün rəqiblərindən üstün olub. Onun aktivində 486,2 xal var.

Dünya reytinqi cədvəlində isə 320,59 xalla R.İsayev ikinci pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.