İDMAN


“Olimpiya hərəkatı-2017” proqramı çərçivəsində velosiped yarışlarına start verilib

Bakı, 19 yanvar, AZƏRTAC 

Məktəblilərin “Olimpiya hərəkatı-2017” proqramı çərçivəsində velosiped yarışlarına start verilib.

AZƏRTAC Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadla xəbər verir ki, ilk yarış Xətai rayonu general Məhəmməd Əsədov adına 29 nömrəli orta məktəbin şagirdləri arasında keçirilib.

Reqlamentə görə, kollektivlər 400 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, birinci yerə 8a sinfinin komandası sahib olub. 7a və 8b siniflərinin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qalib komandanın heyətində 3 saylı Uşaq Evinin 2, 2-ci yeri tutan komandanın heyətində isə 1 şagirdi yer alıb.

Qaliblər Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən kubok, diplom və hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, “Olimpiya hərəkatı” Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən məktəblilərin kütləvi idman yarışıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.