İDMAN


Olimpiya idman növlərinə daha beşi əlavə olunub VİDEO

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

“Rio-2016” öncəsi Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Rio-de-Janeyro şəhərində təşkil edilən tədbirdə beş idman növü ilə bağlı vacib qərarlar qəbul olunub.

Bununla da 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına beş yeni idman növünün daxil edilməsi barədə qərar verilib. Bunlar - karate, qayaya dırmanma, serfinq, beysbol və skeytbordinqdir.

Bu idman növləri arasında Azərbaycanda ən populyarı karatedir. Çünki ölkəmizdə bu idman növü üzrə Rafael Ağayev kimi dünya şöhrətli məşhur karateçimiz var. Eyni zamanda, Azərbaycan həm postsovet məkanında, həm də beynəlxalq arenada güclü karate məktəbi ilə tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.