İDMAN


Olimpiya məşəlini yandırmaq Peleyə təklif edilib

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının “Marakana” stadionunda təşkil ediləcək açılış mərasimində Olimpiya məşəlinin alovlandırılması əfsanəvi futbolçu Peleyə tapşırılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Pele Braziliyanın “Globo” telekanalının efirində məlumat verib. Bu barədə artıq rəsmi təklif aldığını qeyd edən Pele deyib: “Braziliya Olimpiya Komitəsinin prezidenti Karlos Artur Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax bu təklifi mənə ediblər. Amma mənim bir sıra digər müqavilələrim var. Bu səbəbdən də ölkə xaricində olmalıyam. Əgər bu öhdəlikləri həll etsəm, Olimpiya məşəli ilə bağlı təklifi qəbul etməyə çox şad olaram. Hazirda məşəli yandırmaq barədə dəqiq söz deyə bilmərəm”.

Pele açılış mərasimdə iştirakı məsələsinin avqustun 4-də tam məlum olacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.