İDMAN


Olimpiya və Paralimpiya Oyunlarında ən yüksək  nəticələrə görə mükafatlar müəyyən edilib

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan idmançıları, əlil idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, XXXI Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat məbləğində mükafat veriləcək. Olimpiadada ikinci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 200 min və 100 min manat məbləğində mükafat nəzərdə tutulub. Üçüncü yeri tutan idmançı 100 min, onun məşqçisi isə 50 min manat məbləğində mükafatlandırılacaq.

Bundan başqa, XV Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat mükafat veriləcək. İkinci yerə layiq görülən idmançı 100 min manat, onun məşqçisi 50 min manat məbləğində mükafatlandırılacaq. Üçüncü yeri tutan hər bir paralimpiyaçı idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat məbləğində mükafat nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.