İDMAN


Ölkə kubokunun 1/8 final mərhələsi start götürür

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC 

Dekabrın 2-də futbol üzrə Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, mərhələnin oyunları iki gün ərzində keçiriləcək. Bütün cütlüklərdə Premyer Liqa təmsilçiləri ilə I divizionda çıxış edən klublar üz-üzə gələcəklər.

İlk oyun günündə keçiriləcək dörd qarşılaşma paytaxtda təşkil olunacaq. Əvvəlcə meydana MOİK və “Sumqayıt” futbolçuları çıxacaqlar. Ardınca “İnter” divizionun iddialılarından olan “Qaradağ Lökbatan”la oynayacaq. AZAL “Rəvan”ı qəbul edəcək. Mövsümü uğursuz keçirən “Neftçi” isə aşağı dəstə təmsilçisi “Şərurspor”la qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.