İQTİSADİYYAT


Ölkə üzrə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 28-ə çatıb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Bu ilin ikinci rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində bir və Abşeron rayonunda bir mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər və rayonlarda çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.