İQTİSADİYYAT


Ölkə üzrə qeydiyyatda olan müəssisə və təşkilatların 53,7 faizi Bakıda yerləşir

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 96,6 faizi xüsusi mülkiyyətli (o cümlədən 5,8 faizi tam xarici investisiyalı, 1,3 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 3,3 faizi dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeydiyyatda olan müəssisə və təşkilatların 53,7 faizi isə Bakıda yerləşir. Bu ilin altı ayında yeni yaradılmış müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11,0 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax və 3,9 faizi isə Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.