İQTİSADİYYAT
Ölkədə elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə artıb
Bakı, 27 fevral, AZƏRTAC
2017-ci ilin yanvar ayında kompüter, elektron məhsullarının və elektrik avadanlıqlarının istehsalı sahələrində 14,2 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 7,6 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 613,7 dəfə, məişət soyuducularının istehsalı isə 72,0 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]