İQTİSADİYYAT


Ölkədəki magistral qaz kəmərləri ilə 11,4 milyard kubmetr təbii qaz nəql olunub

Bakı, 2 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında Azərbaycandakı magistral qaz kəmərləri ilə 11 milyard 428,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında qaz nəqlinin 33,3 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 801,2 milyon kubmetr qaz ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.