İQTİSADİYYAT


Ölkəmiz Avropa Tarixi Termal Şəhərlər Assambleyasının toplantısında təmsil olunub

Bakı, 18 may, AZƏRTAC

Portuqaliyanın Kaldaş de Rainya şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində şəhərinin meri Sergio Azevedo üzv ölkələrdən gələn qonaqları salamlayaraq belə mötəbər tədbirin rəhbərlik etdiyi şəhərdə keçirilməsindən məmnunluğunu ifadə edib.

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi mərasimdə müzakirə ediləcək məsələlərdən söz açaraq qeyd edib ki, assosiasiyanın üzvlərinin sayı artmaqdadır.

Vurğulayıb ki, Avropa sağlamlıq turizmi imkanlarının inkişafı və daha çox tanıdılması baxımından olduqca əhəmiyyətli layihələr həyata keçirilir.

Xatırladırıq ki, ötən ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” regionu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub. Bu üzvlük çərçivəsində 2018-ci ilin may ayında assosiasiyanın növbəti Baş Assambleyasının Qalaaltıda keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.