İQTİSADİYYAT


Ölkəmiz “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqresdə təmsil olunacaq

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 29-dan dekabrın 1-dək Sofiya şəhərində keçiriləcək “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqresdə iştirak etmək məqsədilə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanda səfərdədir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konqresdə turizm və memarlıq, dizayn, incəsənət, texnologiya, elm və digər sahələri əhatə edən yaradıcı sənaye arasında əməkdaşlıq vasitəsilə dünya sivilizasiyalarının necə həyata qaytarılması müzakirə olunacaq.

Konqres turizm üzrə dövlət və özəl sektorun təmsilçiləri üçün mədəni turizmin yeni və innovativ formalarını təşviq edən strategiyaların hazırlanmasına dair ideya və təcrübə mübadiləsinə şərait yaradan unikal platforma hesab olunur.

Beynəlxalq konqres turizm və yaradıcı sənaye arasında əməkdaşlıq və tərəfdaşlığın maddi və qeyri-maddi irsin mühafizəsi və təbliğində əhəmiyyətli rolu və sosial-iqtisadi mənfəətlərini müzakirə etmək məqsədi daşıyır.

Bolqarıstanın Turizm Nazirliyi və Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı tərəfindən birgə təşkil olunan konqres turizm nazirlərini, digər dövlət və özəl sektorun təmsilçilərini, həmçinin yaradıcı sənaye üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri, turizm və dünya sivilizasiyaları üzrə ekspert və alimləri bir araya gətirəcək.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətimizin Bolqarıstanla mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın inkişafı barədə danışıqların aparılması məqsədilə müvafiq görüşlər keçirməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.