İQTİSADİYYAT


Ölkəmiz beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil olunub

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Bolqarıstanda keçirilən “Dünya sivilizasiyaları və yaradıcı turizm” mövzusunda beynəlxalq konqresdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimindən sonra təşkil olunan yüksək səviyyəli görüşdə çıxış edən N.Səmədov ölkəmizin zəngin mədəniyyətindən, turizm potensialından, Azərbaycanın multikultural ölkə olmasından, mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində görülən işlərdən, Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarından geniş söz açıb.

O, ölkəmizin zəngin mədəniyyəti və turizm imkanları ilə tanışlıq məqsədilə bolqarıstanlı turistləri Azərbaycana səfərə dəvət edib.

N.Səmədov Bolqarıstanın ən geniş izləyici kütləsinə malik “Fokus” xəbər agentliyinin radiosuna müsahibə verib. Müsahibədə nazir müavini Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, ölkəmizin zəngin mədəniyyəti və turizm imkanları barədə danışıb. Azərbaycanın Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BM ÜTT) İcraiyyə Şurasına 2017-ci ildə sədrlik edəcəyini bildirən N.Səmədov ölkəmizin sədrliyinin Şuranın fəaliyyətinin məhsuldarlığına müsbət təsir göstərəcəyini qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.