İQTİSADİYYAT


Ölkəmizdə kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz artıb

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

Kompyuter və elektron məhsulların, elektrik avadanlığı istehsalı sahələrində 100,4 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz, elektrik avadanlığı istehsalı isə 2,2 dəfə artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, səkkiz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,8 dəfə, monitorların istehsalı 128,0 dəfə artıb, məişət soyuducularının istehsalı 29,5 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 93,9 faiz azalıb. Bununla yanaşı, hesabat dövründə 8,6 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.