REGİONLAR


Ölkəmizdə qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunduğu vətəndaş cəmiyyəti yaradılıb

A+ A

Beyləqan, 1 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsi önünə çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik prinsiplərin inkişaf etdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanlarının rolundan bəhs edib.

Sonra rayon prokuroru Namiq Muradovun Azərbaycan prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan bəhs edən məruzəsi dinlənilib.

Bildirilib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə də prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən qanunvericilik islahatları nəticəsində respublikada qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunduğu vətəndaş cəmiyyəti yaradılıb, Azərbaycan dünyanın ən sabit ölkələrindən birinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.