CƏMİYYƏT


Ölkəmizdə tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayıblar

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) “İslam və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda universitetin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov bu ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, universitetdə iyirmidən çox dil tədris olunur, yeddi fakültə, 16 mərkəz və 25 kafedra fəaliyyət göstərir, ümumilikdə universitetdə yeddi minədək tələbə təhsil alır. ADU-da multikulturalizmlə bağlı tədbirlərin keçirilməsi silsilə xarakter alıb. Professor multikulturalizm anlayışının son dövrlərin məhsulu olsa da, Azərbaycanda tarixən mövcud olduğunu, ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin daim dostluq, qardaşlıq şəraitində yaşadığını vurğulayıb.

Digər çıxış edənlər ölkəmizdə multikulturalizmin yaranma tarixi və formalaşmasında ümummilli lider Heydər Əliyevin rolundan danışıblar. Bildirilib ki, Azərbaycanda multikulturalizm siyasəti uğurla davam etdirilir. Bu da öz növbəsində dövlətimizin beynəlxalq miqyasda tanınmasında böyük rol oynayır.

Sonra suallar cavablandırılıb, “Tək bir yol var, onun yolu” adlı videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.