CƏMİYYƏT


Ölkəmizdə təhsil işçilərinə böyük diqqət və qayğı göstərilir

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Rektor dövlətimizin başçısı İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.

Ölkəmizdə təhsil işçilərinə böyük diqqət və qayğı göstərildiyini qeyd edən M.Babanlı müəllimlik peşəsinin çox şərəfli olduğunu xatırladıb.

Universitet müəllimlərinin uğurlarından bəhs edən rektor əlamətdar gün münasibətilə onları təbrik edib, yeni nailiyyətlər arzulayıb.

Digər çıxış edənlər də təhsilimizin inkişafı üçün həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.