İQTİSADİYYAT


Ölkəmizdə təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb

A+ A

Bakı, 7 iyul, AZƏRTAC

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin iyun ayı ərzində Bakı şəhərində yerləşən dörd ulduzlu “Karvan Palace”, “SunRise Hotel” və üç ulduzlu “Şah Hotel”, “Nizami Street Hotel”, “East Legend Panorama”, “Şəms” mehmanxanalarına AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.

Qeyd edirik ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.