İQTİSADİYYAT


Ölkəmizə gələn əcnəbilərin nağdsız ödənişlərinin həcmi 93 faiz artıb

Bakı, 1 avqust, AZƏRTAC

Son dövrlər qeyri-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmiş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. Təsadüfi deyil ki, Azərbaycana gələn əcnəbilərin sayında və uyğun olaraq onların nağdsız ödənişlərinin həcmində artım müşahidə olunur.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93 faiz artaraq 507 milyon 450 min 635 manat təşkil edib. Bu göstərici 2016-cı ilin birinci yarısında 263 milyon 427 min 544 manat, il ərzində isə 602 milyon 288 min 119 manat olub.

Məlumat üçün bildirək ki, qeyd olunan vəsaiti ölkəmizə gələn əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə həyata keçirdiyi ödənişlər təşkil edir, onların səfərdən qabaq və ölkə daxilində nağd ödənişləri bu məbləğə daxil deyil.

Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.