CƏMİYYƏT
Ölkəmizə qaçaqmalçılıq yolu ilə qabyuyan maşınları və dərman preparatları gətirilməsinin qarşısı alınıb
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycana qaçaqmalçılıq yolu ilə Gürcüstandan xeyli miqdarda dərman preparatı və Türkiyədən gömrük orqanına bəyan olunmayan qabyuyan maşınların gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Fariz Qurbanəliyevin idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı avtomobilin salonundan 10010 kapsula dərman preparatı aşkar edilib.
Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda isə Türkiyədən Azərbaycana gələn Şeref Gürsoyun idarə etdiyi yük avtomobilindən invoys sənədində göstərilməyən 140 ədəd “BEKO”, 28 ədəd “Blomberg” markalı qabyuyan maşın aşkar olunub.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]