İDMAN
Ölkəmizi “Böyük dəbilqə” beynəlxalq turnirində təmsil edəcək cüdoçularımız məlum olub
Paris, 7 fevral, AZƏRTAC
Fevralın 11-12-də Parisdə ACCORHOTELS Arenada cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək. Turnirdə 63 ölkədən 459 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.
Ölkəmizi turnirdə təmsil edəcək milli komandamızın üzvləri məlum olub: Elxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Elxan Məmmədov (100 kq) və Uşangi Kokauri (100 kq-dan yuxarı).
Qeyd edək ki, növbəti “Böyük dəbilqə” turniri martın 10-12-də Bakıda keçiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]