REGİONLAR


“Ölkəmizi tanıyaq”: Məktəblilər cənub bölgəsindən zəngin təəssüratlarla ayrılıblar

A+ A

Lənkəran, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyaların birinci mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 12-dən 15-dək cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar.

Noyabrın 15-də tur-aksiyanın Gəncə şəhərinin, Şəmkir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Daşkəsən və Kəlbəcər, eləcə də Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri Lənkəran şəhərinin Bayraq Meydanından yaşadıqları şəhər və rayonlara yola düşüblər.

Maarifləndirici aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.

Lənkəran, Masallı və Astara rayonları ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılan məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.