Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Gəncə şəhəri ilə tanış olublar

Gəncə, 25 mart, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.

AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən İmişli, Beyləqan və Kürdəmirdən olan məktəblilər martın 25-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektlərlə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə, məktəblilər Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər. Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gəliblər. Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə” motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.

Tur-aksiyanı davam etdirən məktəblilərin üz tutduqları növbəti məkan “Qala” Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi olub. Bildirilib ki, muzey Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilib. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə hazırlanan və hazırda Gürcüstanın Helatı Monastrında saxlanan Gəncə qapılarının surəti qala divarlarında quraşdırılıb. Rəmzi olaraq Gəncənin qala divarları formasında inşa edilən tikili hazırda muzey kompleksi kimi fəaliyyət göstərir. Eksponatlarla tanışlıqdan sonra məktəblilər rəmzi qala bürcünün ən yüksək zirvəsindən şəhərin mənzərəsini seyr ediblər.

Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan İmamzadə Dini Memarlıq Kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq və abadlıq, yenidənqurma işləri həyata keçirilib.

İmamzadə ziyarətgahının ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra möminlərin rahat ibadəti üçün burada Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan İmamzadə hər kəsdə olduğu kimi, məktəblilərdə də böyük maraq yaradıb.

Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Məktəblilər 1606-cı ilin tarixi yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olublar. Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun türbəsini ziyarət ediblər. Gəncənin tarixi tikililərlə zəngin olan Cavad xan küçəsindəki gəzinti məktəblilərə xoş təsir bağışlayıb.

Məktəblilər daha sonra Məhsəti Gəncəvi adına Mərkəzə gəliblər. Məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanılıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.

Son olaraq məktəblilər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksinə gəlib və şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri ilə tanışlıqla davam etdiriblər.

Məktəblilərin ekskursiyasının növbəti məkanı Şəmkir şəhəri olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİM: Bugünkü imtahanlarda ən yaşılı abituriyent 1965-ci, ən gənc abituriyent 2009-cu ildəndir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Mərakeşin Kralı VI Məhəmməddən

Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Müstəqillik Günü ərəfəsində hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - AÇIQLAMA

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasına başlanılıb

Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb

Qlobal araşdırmalar internetin insanlar üçün faydalı olduğunu müəyyənləşdirib

“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Luiziana ştatındakı bataqlıqlar tamamilə quruya bilər

“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

Türkiyənin Qabar dağında neft hasilatı artır

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

"Bayer" Almaniya Kubokunun qalibi olub

Oqtay Zülfüqarovun 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Venesiya Biennalesində Azərbaycan pavilyonu - REPORTAJ VİDEO

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb

Bəhruz Məhərrəmov: Əfv Sərəncamı yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi

Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib

Premyer Liqa: "Zirə" Avropa Liqasına, "Sabah" və "Sumqayıt" isə Konfrans Liqasına vəsiqə qazanıb

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib VİDEO

AMEA ilə Byalıstok Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyə XİN son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb

Azərbaycan səfirinin müsahibəsi Kubanın “Opciones” qəzetində dərc olunub

“Mançester Yunayted” İngiltərə Federasiya Kubokunun qalibi olub

Sosial sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Lənkəranda “KamAZ” sürücünün üzərinə aşıb

Azərbaycan qadın voleybol millisi yenə məğlub olub

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması barədə Sərəncam imzalayıb

Ağdamda “Qəhrəmanlığın Şəhriyar zirvəsi” filminin təqdimatı olub

Naxçıvanda qeyri-sabit hava şəraiti müşahidə olunur

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan”ın kreditorlarına müraciət edib

Türkiyə Prezidenti: Ötən il ixracatımız 255 milyard dolları keçərək respublika tarixində rekord qırıb

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

“Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş”ə dəyişiklik edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Penitensiar xidmətin Tərbiyə müəssisəsində “Yetkinlik yaşına çatmayanları cəmiyyətə qayıdışa hazırlama” adlı tədbir keçirilib

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) arasında “Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik Protokolu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsi üzrə intellektual məktəb çempionatının zona mərhələsinin qalibi müəyyənləşib

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1147-VIQD nömrəli Qanununun tətbiqi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Volodimir Zelenski: Bu gün atəşkəs Ukrayna üçün çox təhlükəlidir

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycanın müasir ekoloji problemləri və onların həlli yolları konsepsiyası” hazırlanıb

Bakının 549 küçəsi yuyulub

G7 ölkələri: Ukraynaya vurduğu ziyanı ödəyənə kimi Rusiyanın aktivləri dondurulacaq

Lvovda Azərbaycanı xatırladan məkanlar... – FOTO VİDEO

® “Green Fintech Startup Challenge”ə müraciətlər davam edir!

Azərbaycanın COP29-a ev sahibliyi etməsi “yaşıl enerji” amilinə verilən önəmin ifadəsidir ŞƏRH

Dörd kəndin Azərbaycana qaytarılması Ali Baş Komandanın növbəti zəfəridir – AÇIQLAMA

Ən məşhur Avropa təyyarəsinin adındakı “neo” suffiksi nə deməkdir?

Azərbaycanın daha bir güləşçisi Bakıdakı Avropa çempionatının finalında

Naxçıvan büdcəsinin gəlir və xərcləri artırılıb

QHT sədri: Qazaxın 4 kəndinin qaytarılması diplomatik müstəvidə əldə edilmiş növbəti uğurdur

Gürcüstanda zəlzələ baş verib

Azərbaycan Kuboku: Final matçının biletləri satışa çıxarılıb

Lvovda soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil olunub

I Milli Təhsil Zirvəsi keçirilib

İtaliya Fələstinə ümumilikdə 35 milyon avro maliyyə yardımı ayırıb

Argentina hökuməti soyuq havaya görə qaz tədarükünü dayandırıb

Azərbaycanın dördqat dünya çempionu: Paralimpiya Oyunlarına daha ciddi hazırlaşacağam

Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıb ŞƏRH

Qahirədə Azərbaycan-Misir əlaqələrinin perspektivləri müzakirə olunub

Paris Şəhər Şurasının COP29-u boykot etmək barədə qərarı gülməli və cılız görünür ŞƏRH

İqtisadiyyat nazirinin birinci müavini Lerikdə vətəndaşlarla görüşəcək

Cari ildə ÜDM-in 121,3 milyard manata çatacağı proqnozlaşdırılır

Naxçıvan şəhərinə dolu yağıb VİDEO

Bir qrup Xankəndi sakini Dövlət Su Ehtiyatları Agentliyində işlə təmin olunub

Dövlət Neft Fondunun gəlirləri ilə bağlı proqnoz 17 faiz artırılır

® Qarabağda bir başlanğıc daha: “Kapital Bank”ın “Xankəndi” filialı açılıb

İcmal büdcənin xərcləri 7 faizdən çox artırılır

Naxçıvanda təhsil ocaqlarında vakant olan vəzifələr üzrə müsabiqə keçirilib

Qəbələdə keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları müəyyənləşib

Ukraynada yaşayan soydaşımız: Azərbaycan mümkünsüzləri reallaşdırmağı sevir - MÜSAHİBƏ

Belaruslu voleybolçu yenidən Azərbaycanda çıxış edəcək

Əbu-Dabidə Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə həsr edilmiş panel keçirilib

Prokurorluq işçiləri Xaçmazda keçirilən təmizlik aksiyasında iştirak ediblər

Sabah Bakıda və Abşeron yarımadasında gecəyə doğru şimşək çaxacağı ehtimalı var

Azərbaycanın paraatletika yığması dünya çempionatında tarixi uğura imza atıb

Finlandiya DİN-in rəhbəri: Rusiyadan gələn miqrantlar geri göndəriləcək

Şuşada Memarlar İttifaqının plenumu keçirilib - YENİLƏNİB VİDEO

Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydası təsdiqlənib

Azərbaycan taekvondoçuları Multi Avropa Oyunlarına 6 medalla başlayıblar

Şuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

“NE Global” nəşri: Azərbaycanda keçiriləcək COP29 konfransı sülh, iqlim maliyyəsi, ətraf mühit məsələlərinə fokuslanacaq

Xəzər rayonunda avtomobil oğurlayan şəxsdə narkotik vasitə aşkarlanıb

Bakıda Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

Milli Kitabxanada “Prоfеssоr Vəli Xuluflu-130” adlı kitab sərgisi açılıb