REGİONLAR


“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür

A+ A

Biləsuvar, 12 noyabr, Mahir Babayev, AZƏRTAC

Noyabrın 12-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Biləsuvar rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində ölkənin qərb bölgəsinə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində rayon rəhbərliyi, müəllim və valideynlər iştirak ediblər.

Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Ləman Yüzbaşova bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür. Buna görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər.

Sonra biləsuvarlı məktəblilər xüsusi avtobusla yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.