REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyanın bir qrupu Lənkəranda

A+ A

Lənkəran, 24 mart, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətləri davam edir.

AZƏRTAC xəbər verir ki, “Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Sumqayıt şəhərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri martın 24-də axşam saatlarında Lənkərana gəliblər.

Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, şagirdlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov cənub bölgəsinə səfər edən məktəbliləri və onların müəllimlərini Novruz bayramı münasibətilə təbrik edib.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən birinin gənc nəslin Vətənə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyələndirilməsi olduğunu vurğulayan İ.Rəhimov “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində böyük rol oynadığını diqqətə çatdırıb.

İ.Rəhimov məktəbliləri müşayiət edən qrup rəhbərlərinə Lənkəran rayonunun sosial-iqtisadi inkişafını əks etdirən foto-albomlar verib.

Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Maarifləndirici tur-aksiyanın iştirakçıları martın 25-də Lənkəran, martın 26-da isə Lerik və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.