REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində ucarlı məktəblilər Qəbələni yaxından tanıyacaqlar VİDEO

A+ A

Ucar, 12 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın noyabrın 12-də start götürən yeni mərhələsində qrafikə müvafiq olaraq Ucarın 40 məktəblisi Qəbələyə yola salınıb.

Məktəblilər 4 gün ərzində Qəbələ-Şəki və Zaqatala rayonlarını gəzəcək, bu bölgələrin tarixi və mədəni abidələri, turizm obyektləri və sənaye mərkəzləri ilə yaxından tanış olacaqlar.

AZƏRTAC xəbər verir ki, təntənəli yolasalma mərasimindən əvvəl məktəblilər şəhərin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri mərasimdə Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov çıxış edib. Vurğulayıb ki, bu aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin ayrı-ayrı guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının mühüm təzahürüdür.

Ə.Cəbrayılov və digər çıxış edənlər məktəblilərə uğurlu səfər arzulayıblar.

Yolasalma mərasimində şəhər 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, şahmat üzrə Azərbaycan çempionu Süsən Məmmədova, şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əsmər Həmidova çıxış edərək səfər çərçivəsində hər üç rayon barədə ətraflı məlumat alacaqlarını, habelə gözəl istirahət edəcəklərini söyləyib, onlara verilən bu imkanın səbəbkarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məktəblilər musiqi sədaları altında yola salınıb.

Qeyd edək ki, dörd gün davam edəcək tur-aksiyada şagirdləri 4 müəllim və bir həkim müşayiət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.