CƏMİYYƏT


Ölkəmizin ali tibb ocağı dünyanın məşhur elmi şirkəti ilə əməkdaşlıq edir

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Web of Science” platformasının effektiv istifadəsi üzrə “Web of Science platformasının tibb və biologiya sahəsində çalışan mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilib. Seminarda iştirak etmək üçün Bakıya gələn Ukrayna Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı, biologiya elmləri namizədi İrina Tixonkova bir neçə tədris müəssisəsində, o cümlədən Azərbaycan Tibb Universitetində olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Clarivate Analytics” şirkətinin ("Tomson Reuters" IP & Science qurumu) elmi informasiya resursları üzrə eksperti Aygün Babazadənin verdiyi məlumata görə, treninqin məqsədi həkim, doktorant və dissertantlarda "Web of Science" platformasından istifadə vərdişlərinin təkmilləşdirilməsidir. 2015-ci ilin dekabrın 22-də Təhsil Nazirliyi və dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında imzalanan müqaviləyə əsasən ölkəmizin 100 müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Web of Science®” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edib.

Qeyd etmək lazımdır ki, “İnCites™” platforması dünyanın 7 mindən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur və burada dünyanın 18 min ən yaxşı dərgiləri, konfrans materialları, monoqrafiyalar və patentlər indeksləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.