MƏDƏNİYYƏT


Ölkəmizin turizm imkanları Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Bakı, 28 aprel, AZƏRTAC

Mayın 12-də Bakı Xətai Sənət Mərkəzində “Bura Azərbaycandır” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Müsabiqənin təşkil olunmasında məqsəd turizm sektorunun inkişafında rəssamların rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə tanış etməklə, ölkəmizin turizm imkanlarını təqdim etməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.