CƏMİYYƏT


Ölkəyə gömrük nəzarətindən yayınmaqla siqaret gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 20 aprel, AZƏRTAC

Gömrük orqanları ölkəyə gömrük nəzarətindən yayınmaqla siqaret gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz-21011” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonundan 2340 ədəd “Davidoff” markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.