CƏMİYYƏT
Ölkəyə heroin gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 5 iyun, AZƏRTAC
İrandan Azərbaycana heroin gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 1 ədəd bükümdə xalis çəkisi 1,560 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.