CƏMİYYƏT


Ölümə gətirib çıxaran halların 70 faizi zərərli vərdişlərlə bağlıdır

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, ölümə gətirib çıxaran halların 70 faizi insanda zərərli vərdişlərin olması ilə bağlıdır.

Aparıcı klinik mərkəzin ekspertlərinin sözlərinə görə, laboratoriya müşahidələri zamanı tibb işçiləri 1990-2015-ci illərə aid məlumatları araşdırıblar. Layihədə dünyanın 195 ölkəsi iştirak edib. Tibb işçiləri qeyri-sağlam həyat tərzinin insan ölümü səviyyəsinə necə təsir etməsini araşdırıblar.

Həkimlər insan ölümünün 149 səbəbini tədqiq ediblər. Bundan əlavə, klinik mərkəzin əməkdaşları 300 xəstəlik növünü və 80 risk amilini təfsilatı ilə öyrəniblər. Tədqiqatın nəticələri göstərib ki, son bir neçə ildə insan ölümü halları azalsa da, zərərli vərdişlər səbəbindən baş verən ölüm halları çoxalıb. Xərçəng, şəkərli diabet, ürək-damar xəstəlikləri və qeyri-sağlam həyat tərzi insan ölümünün ən geniş yayılan səbəblərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.