CƏMİYYƏT


Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü həbs edilib

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qaçan sürücü rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 14-də saat 23 radələrində naməlum sürücü idarə etdiyi “Mercedes-Benz 190” markalı, “01-BX-071” dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozub, yolu keçən piyada - 1965-ci il təvəllüdlü, qəsəbədə müvəqqəti yaşayan Azad Allahverdiyevi vuraraq hadisə yerindən qaçıb. A.Allahverdiyev aldığı xəsarətlərdən ölüb.

Fakta görə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin 1977-ci il təvəllüdlü, Masazır qəsəbə sakini Elman Quliyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub. E.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.