İDMAN


“Olympic Moves” layihəsinin regionlar üzrə rayondaxili mərhələsi keçirilib

Bakı, 15 may, AZƏRTAC 

Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdikləri “Olympic Moves” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin regionlar üzrə rayondaxili mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Gəncə, Sumqayıt və Göygöl məktəblilərinin cəlb olunduğu layihənin proqramına əsasən, 5 idman növü (voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman) üzrə yarışlarda regionlardan birinci yeri tutan məktəblərin komandaları Respublika birinciliyi mərhələsində iştirak etmək hüququ qazanıb.

Rayondaxili mərhələdə 112 məktəbdən 24 min 192 şagird iştirak edib. İlk birinci yeri tutan 20 məktəbin komandası finalda mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakı şəhərində rayondaxili mərhələ başa çatıb və 60 məktəb qalib adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.