DÜNYA


Oman neft hasilatını azaltmağı müzakirə etməyə hazırdır

A+ A

Bakı, 29 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ən böyük neft hasilatçısı olan Oman neft hasilatını azaltmağı müzakirə etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Oman səlahiyyətliləri Vyanada keçirilən OPEC-ə üzv olan və qeyri-OPEC neft hasilatçısı ölkələrinin nümayəndələrinin görüşündə bildiriblər.

Belə ki, Oman neftin hasilatının səviyyəsinin yalnız “dondurmaq” yox, eləcə də aşağı salınmasını müzakirə etməyə hazırdır. Oman səlahiyyətliləri konkret kvota göstərməsələr də hasilatın həcminin azalmasına razılaşmağa hazır olduqlarını bəyan ediblər. Bununla yanaşı, Oman digər ölkələrin də bu təşəbbüsə qoşulmasını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.