CƏMİYYƏT


Ombudsman Aparatında BMT-nin xüsusi məruzəçisi ilə görüş keçirilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst ilə görüşüb.

Görüşdə Azərbaycanda insan hüquqları müdafiəçilərinin hüquqlarının təmini ilə bağlı müvəkkilin fəaliyyəti haqda qonağa məlumat verilib.

Söhbət zamanı ombudsman insan hüquqları sahəsində, həmçinin işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti, bu istiqamətdə görülmüş işlər haqqında danışıb.

Görüşdə ombudsman qonağı maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.